Azərbaycan Keniya və Nigeriyaya sürtkü yağları ixrac etməyə başlayıb

Energetika
  • 17 oktyabr, 2023
  • 12:46
Azərbaycan Keniya və Nigeriyaya sürtkü yağları ixrac etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 106,52 milyon ABŞ dolları dəyərində 66 min 591 ton sürtkü yağları idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 64 % çoxdur.

Azərbaycan Rusiyadan 33,41 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 97 % çoxdur) 43 min 796 ton (+3,2 dəfə), Türkiyədən 29 milyon ABŞ dolları dəyərində (+27 %) 10 min 418 ton (+20 %), Almaniyadan 17,63 milyon ABŞ dolları dəyərində (+25 %) 4 min ton (+5,3 %), Belçikadan 5,1 milyon ABŞ dolları dəyərində (+37 %) 1 min 298 ton (+13 %), Birləşmiş Ərəb Əmirliklərindən 3,31 milyon ABŞ dolları dəyərində (+43 %) 1 min 319 ton (+37 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xaricə 34,57 milyon ABŞ dolları dəyərində (+65%) 30 min 682 ton (+74 %) sürtkü yağları göndərilib.

Azərbaycan Türkiyəyə 6,5 milyon ABŞ dolları dəyərində (-36 %) 5 min 838 ton (-42 %), Gürcüstana 6 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 6 min 414 ton (+10 dəfə), Ukraynaya 5,7 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 4 min 989 ton (+2,6 dəfə), Bolqarıstana 3,3 milyon ABŞ dolları dəyərində (+12,5 dəfə) 3 min 498 ton (+19 dəfə), İraqa 2,7 milyon ABŞ dolları dəyərində (+20 %) 1 min 933 ton (+22,3 %) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Keniyaya (408 min ABŞ dolları dəyərində 420 ton) və Nigeriyaya (303 min ABŞ dolları dəyərində 251 ton) tədarük həyata keçirilib.