​Azərbaycan Kanada şirkəti ilə neft müqaviləsi imzalayacaq

​Azərbaycan Kanada şirkəti ilə neft müqaviləsi imzalayacaq "Muradxanlı-Cəfərli-Zərdab" yataqları blokunun işlənməsini nəzərdə tutan müqavilənin ilkin layihəsi artıq hazırdır
Energetika
29 Oktyabr , 2015 11:50
​Azərbaycan Kanada şirkəti ilə neft müqaviləsi imzalayacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın quru sahəsində yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi məqsədi ilə Kanadanın "Zenit Energy" şirkəti ilə müqavilə imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, artıq müqavilənin ilkin layihəsi hazırdır və sənədin imzalanması üçün Prezident Administrasiyasından müvafiq icazə alınıb.

"Müqavilənin detalları üzərində iş aparılır. Bu, çətin yataqdır, böyük problemləri var", - deyə SOCAR rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi