Azərbaycan iyunda xam neft ixracını artırıb
- 01 iyul, 2015
- 10:42
Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin iyun ayında Supsa limanından 339,02 min ton xam neft ixrac edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 96 981 ton yaxud 40,1% çoxdur. "Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu il Ceyhan limanından 1 925,7 min ton xam neft ixrac edilib və bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur.
Qeyd edək ki, iyun ayında Novorossiysk limanı ilə neft satışı həyata keçirilməyib.
Ümümilikdə, yanvar-iyun ayları ərzində Novorossiysk limanından 678,05 min ton yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,4% artıq, Supsa limanından 1 524,9 min ton və ya 5% çox xam neft ixrac edilib.
Ceyhan limanından ixrac edilən xam neftin həcmi isə ötən ilin yanvar-iyun aylarına nisbətən 10,8% azalaraq 9 203,95 min tona çatıb. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövləti, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.