​Azərbaycan iyulda elektrik enerjisi istehsalını 6% artırıb

​Azərbaycan iyulda elektrik enerjisi istehsalını 6% artırıb Yanvar-iyul aylarında isə istehsalın illik artımı 3%-dən çox olub
Energetika
5 Avqust , 2015 12:03
​Azərbaycan iyulda elektrik enerjisi istehsalını 6% artırıb

Bakı. 5 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saatdan artrıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. 

Azərenerji” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsini davam etdirib.

Mənbənin bildirdiyinə görə, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda ümumilikdə 13,4 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi