Azərbaycan İsraildən elektrik sayğacları tədarük etməyə başlayıb
- 27 sentyabr, 2023
- 08:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 5,61 milyon ABŞ dolları dəyərində 197 min 56 ədəd elektrik enerjisi sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çoxdur) 66 min 56 ədəd (+23 %), Türkiyədən 1,32 milyon ABŞ dolları dəyərində (+14 %) 130 min 440 ədəd (+58 %), İtaliyadan 49,2 min ABŞ dolları dəyərində (+492 dəfə) 233 ədəd (+117 dəfə), Rusiyadan 29,5 min ABŞ dolları dəyərində (-32 %) 242 ədəd (-49 %), Amerika Birləşmiş Ştatlarında 10,76 min ABŞ dolları dəyərində (+40 dəfə) 15 ədəd (+15 dəfə) cihaz alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsraildən (3 min ABŞ dolları dəyərində 10 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycanın (13 ölkədən) idxal edilmiş 283 min 713 ədəd elektrik sayğacın 62 %-i Türkiyənin, 37,6 %-i Çinin payına düşüb.