Azərbaycan iki ölkədən sürtkü yağlarının alışını bərpa edib

Energetika
  • 24 noyabr, 2023
  • 10:33
Azərbaycan iki ölkədən sürtkü yağlarının alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 118 milyon ABŞ dolları dəyərində 73 min 98 ton sürtkü yağları idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Azərbaycan Rusiyadan 36,37 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 47 min 767 ton (+2,5 dəfə), Türkiyədən 31,68 milyon ABŞ dolları dəyərində (+21 %) 11 min 374 ton (+16 %), Almaniyadan 19,64 milyon ABŞ dolları dəyərində (+21 %) 4 min 500 ton (+4 %), Belçikadan 5,6 milyon ABŞ dolları dəyərində (+41 %) 1 min 435 ton (+17 %), Birləşmiş Ərəb Əmirliklərindən 3,61 milyon ABŞ dolları dəyərində (+36 %) 1 min 421 ton (+29 %) məhsul alıb.

Azərbaycan 8 il 5 ayın tamamında Estoniyadan (83 min ABŞ dolları dəyərində 19 ton) və 2 il 5 aylıq fasilənin ardından Bəhreyndən (45 min ABŞ dolları dəyərində 12,1 ton) tədarükü bərpa edib.

Hesabat dövründə Azərbaycandan 38,91 milyon ABŞ dolları dəyərində (+55 %) 34 min 578 ton (+69 %) sürtkü yağları ixrac edilib.

Azərbaycan Türkiyəyə 7,29 milyon ABŞ dolları dəyərində (-35 %) 6 min 588 ton (-40 %), Ukraynaya 7,1 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 6 min 455 ton (+2,6 dəfə), Gürcüstana 6,18 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 6 min 552 ton (+9 dəfə), Bolqarıstana 4 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 4 min 329 ton (+23 dəfə), İraqa 3,15 milyon ABŞ dolları dəyərində (+24 %) 2 min 239 ton (+28 %) məhsul satıb.

44 filmi