Azərbaycan iki ölkədən benzin tədarükünü bərpa edib
- 17 dekabr, 2021
- 05:58
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 96,297 milyon ABŞ dolları dəyərində 129 min 392,2 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq - 82,35 % çoxdur.
Hesabat dövründə Rumıniyadan 38,245 milyon ABŞ dolları dəyərində 49 min 604,67 ton, Rusiyadan 34,486 milyon ABŞ dolları dəyərində 49 min 916,27 ton, Türkiyədən 6,653 milyon ABŞ dolları dəyərində 7 min 988,54 ton, Türkmənistandan 5,234 milyon ABŞ dolları dəyərində 6 min 925,54 ton, Kiprdən 4,191 milyon ABŞ dolları dəyərində 4 min 995 ton, Yunanıstandan 4,121 milyon ABŞ dolları dəyərində 4 min 931 ton, İrandan 2,967 milyon ABŞ dolları dəyərində 4 min 471 ton, Gürcüstandan 399,15 min ABŞ dolları dəyərində 559,32 ton bu kateqoriyaya aid məhsul idxal olunub.
Rumıniyadan tədarük müvafiq olaraq 2,8 dəfə və 2,1 dəfə, Rusiyadan – 41,45 % və 21,55 %, İrandan – 85,92 % və 94,1 % artıb. İkiillik aradan sonra Yunanıstandan, 6 illik fasilənin ardından Gürcüstandan Aİ-95-in tədarükü bərpa olunub. Son 10 ildə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Türkiyə, Türkmənistan və Kiprdən ölkəmizə bu marka benzin idxalı olmayıb.