D.Prozorovun sözlərinə görə, İtaliya şirkətinin əsas məqsədi bu rəqəmlər arasındakı uyğunsuzluğu aradan qaldırmaqdır: “Biz İtaliya şirkətiyik və İtaliya hökuməti tərəfindən dəstəklənirik. Hazırda bir çox ölkələrdə, o cümlədən, Rusiya, Türkiyə və Bolqarıstanda layihələr realaşdırırıq. Məsələn, Türkiyədə “Star Refine” neft emalı zavodunun inşası layihəsi həyata keçirilir. Bu layihənin dəyəri təxminən 5 mlrd. dollar təşkil edir və bu layihənin əsas dəstəkçisi Azərbaycan Dövlət Neft Şirkətidir. Bizim buradakı payımız isə təxminən 1 mlrd. dollara yaxındır”.
Azərbaycan hər il İtaliyaya 7 mlrd. avroluq neft ixrac edir
Energetika
242
6 Noyabr , 2014
11:29

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan hər il İtaliyaya orta hesabla 7 mlrd. avro dəyərində neft və neft məhsulları ixrac edir. İtaliyadan Azərbaycana isə 750 mln. avroluq avadanlıq ixrac olunur. Bunu II ARDNŞ Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Forumunda çıxış edən İtaliyanın SACE şirkətinin Moskva ofisinin rəhbəri Dmitri Prozorov deyib.
Son xəbərlər
