Azərbaycan Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmini açıqlayıb

Energetika
  • 27 may, 2024
  • 10:50
Azərbaycan Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstana 350 milyon 170,63 min kVt/saat elektrik enerjisi ixrac edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin ilk üç ayında Azərbaycandan Gürcüstana ixrac edilən elektrik enerjisinin həcmi 70,1 % azaldıb.

Dəyər ifadəsində bu tədarüklər ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,2 % azalaraq 17 milyon 988,12 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan enerji axınının ümumi həcmində Gürcüstanın payı 48,8 % təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə Azərbaycandan 40 milyon 567,93 min ABŞ dolları (85,6 % az) dəyərində 718 milyon 122,16 min kVt/saat (70 % az) elektrik enerjisi ixrac olunub. Eyni zamanda 4 ölkəyə tədarük həyata keçirilib. Bura Gürcüstan, İran, Türkiyə və Rusiya daxildir. TOP 3-də isə Gürcüstan, Türkiyə və Rusiya yer alır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana elektrik enerjisi idxalı 821,52 min ABŞ dollara (həmçinin 9,2 dəfə çox) 12 milyon 638,84 min kVt/saat (9,2 dəfə çox) təşkil edib. Hesabat dövründə elektrik enerjisi idxalının ümumi həcmində Gürcüstanın payı 28,9 % təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti