Azərbaycan Gürcüstana 2,2 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan Gürcüstana 2,2 mlrd. kubmetr qaz ixrac edib Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il Gürcüstana 2 194,6 mln. kubmetr həcmində Azərbaycan qazı nəql edilib.
Energetika
30 yanvar 2018 11:17
Azərbaycan Gürcüstana 2,2 mlrd. kubmetr qaz ixrac edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il Gürcüstana 2 194,6 mln. kubmetr həcmində Azərbaycan qazı nəql edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Yanacaq-energetika kompleksində 2017-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Hesabat ilində Gürcüstana nəql olunan qazın həcmi 2016-cı ilə nisbətən 12% artıb.

Gürcüstana 2017-ci ildə nəql olunan qaz həcminin 814,9 mln. kubmetri Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə (“Şahdəniz” qazı) nəql edilib. Bu kəmərlə Gürcüstana ötürülən qazın həcmi 2016-ci ildən 2,8% çoxdur.

Hesabat dövründə 1 379,7 mln. kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Qazıməmməd-Qazax qaz xətti ilə nəql edilib və bu, illik müqayisədə 18% çoxdur.

Son xəbərlər

Orphus sistemi