Azərbaycan günəş enerjisinin istehsalını 16 % artırıb

Energetika
  • 22 noyabr, 2021
  • 08:39
Azərbaycan günəş enerjisinin istehsalını 16 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 993,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 6,7 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 13,5 % artaraq 362,6 milyon manat təşkil edib.

Ötən 10 ay ərzində Azərbaycanda 21 milyard 245,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çoxdur. Bunun 20 milyard 592,4 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 7,6 % çoxdur.

Bunun 1 milyard 81,5 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 17,2 % çoxdur.

Bunun 19 milyard 387,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 7,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 75,6 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 6,3 % azdır.

Yanvar-oktyabr aylarında ölkədə 47,7 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da ötən ilin 10 ayının göstəriciləri ilə müqayisədə 15,8 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti