Azərbaycan elektrik enerjisinin ixracını 48%, idxalını isə 3% artırıb

Azərbaycan elektrik enerjisinin ixracını 48%, idxalını isə 3% artırıb Bu ilin yanvar-ferval aylarında Azərbaycan 493,5 mln. kVt/s elektrik enerjisi ixrac edib, 20,6 mln. kVt/s elektrik enerjisi idxal edib.
Energetika
18 Mart , 2022 18:19
Azərbaycan elektrik enerjisinin ixracını 48%, idxalını isə 3% artırıb

Bu ilin yanvar-ferval aylarında Azərbaycan 493,5 mln. kVt/s elektrik enerjisi ixrac edib, 20,6 mln. kVt/s elektrik enerjisi idxal edib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 47,8 % və 2,5 % çoxdur.

2 aylıq ixracın 248,2 mln. kVt/s-ı, idxalın isə 9,8 mln. kVt/s-i fevral ayının payına düşüb. Bu, ötən ilin fevral ayına nisbətən müvafiq olaraq 56,3 % çox və 3 % azdır.

Son xəbərlər

Orphus sistemi