Azərbaycan elektrik enerjisinin ixracını 46 %, idxalını isə 11 % artırıb

Azərbaycan elektrik enerjisinin ixracını 46 %, idxalını isə 11 % artırıb 2021-ci ildə Azərbaycan 1 677 mln. kVt/s elektrik enerjisi ixrac edib, 151,5 mln. kVt/s elektrik enerjisi idxal edib.
Energetika
25 Yanvar , 2022 15:47
Azərbaycan elektrik enerjisinin ixracını 46 %, idxalını isə 11 % artırıb

2021-ci ildə Azərbaycan 1 677 mln. kVt/s elektrik enerjisi ixrac edib, 151,5 mln. kVt/s elektrik enerjisi idxal edib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 45,7 % və 11 % çoxdur.

Ötənilki ixracın 289,6 mln. kVt/s-ı, idxalın isə 10,5 mln. kVt/s-i dekabr ayının payına düşüb. Bu, əvvəlki ilin dekabr ayına nisbətən müvafiq olaraq 68,7 % çox və 1,9 % azdır.

Son xəbərlər

Orphus sistemi