Azərbaycan elektrik enerjisi istehsalını 8 % artırıb

Energetika
  • 16 dekabr, 2021
  • 05:33
Azərbaycan elektrik enerjisi istehsalını 8 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 271,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 7,2 % artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 14,9 % artaraq 402,3 milyon manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 23 milyard 509,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur. Bunun 22 milyard 789,8 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 8,3 % çoxdur.

Bunun 1 milyard 162,9 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 18 % çoxdur.

Bunun 21 milyard 494,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 7,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 81,1 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 6,7 % azdır.

Yanvar-noyabr aylarında ölkədə 51 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da ötən ilin 11 ayının göstəriciləri ilə müqayisədə 15,9 % çoxdur.