Azərbaycan elektrik enerjisi idxalını 42 %-ə yaxın artırıb

Energetika
  • 23 aprel, 2024
  • 08:36
Azərbaycan elektrik enerjisi idxalını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 44,3 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin I rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyon kVt/saat və ya 41,5 % çoxdur.

Martda elektrik enerjisinin idxalı 1,6 milyon kVt/saat və ya 15,7 % artaraq 11,8 milyon kVt/saat təşkil edib.

Ötən üç ay ərzində ölkədə elektrik enerjisinin ixracı 360,3 milyon kVt/saat olub. Bu da bir il öncəki göstəricisi ilə müqayisədə 878,6 milyon kVt/saat və ya 3,4 dəfə azdır. Mart ayında isə elektrik enerjisinin ixracı 263,1 milyon kVt/saat və ya 2,9 dəfə azalaraq 139,8 milyon kVt/saat təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 31,3 milyon kVt/saat, ixracı isə 1 milyard 238,9 milyon kVt/saat olub. İl ərzində idxal 10,2 milyon kVt/saat, ixrac isə 402,9 milyon kVt/saat təşkil edib.