Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-la əməkdaşlıq etmək istəyir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-la əməkdaşlıq etmək istəyir Son illər Universitetdə təhsil alan tələbələrin sayı 25% artaraq 10 min nəfərə çatıb
Energetika
143
3 Noyabr , 2016 11:31
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-la əməkdaşlıq etmək istəyir

Bakı. 3 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 10 min tələbə təhsil alır və son illər tələbələrin sayı 2 000 nəfər artıb.

"Report" xəbər verir ki, bunu Universitetin rektoru Mustafa Babanlı bildirib.

Rektor qeyd edib ki, əmək bazarında məzunların hamısının işlə təmin olunması üçün problem yaransa da, tədrisin keyfiyyətinin artırılması ilə qısa zamanda bunun həll olunacağına inanırlar. 

Onun sözlərinə görə, universitet istehsalatla əlaqə qurmaq niyyətindədir. 

Rektor, həmçinin SOCAR-la da əməkdaşlıq etmək niyyətində olduqlarını da əlavə edib: "Hazırda gələcək əməkdaşlıq üçün SOCAR-la müzakirələr aparılır".

Son xəbərlər

Orphus sistemi