Azərbaycan Dövlət Neft Fondu ötən il "AÇG" və "Şahdəniz" layihələrindən 7,2 mlrd. dollar qazanıb

Azərbaycan Dövlət Neft Fondu ötən il "AÇG" və "Şahdəniz" layihələrindən 7,2 mlrd. dollar qazanıb Vəsaitlərin idarə edilməsindən isə indiyədək 3,6 mlrd. dollar gəlir əldə edilib
Energetika
19 Yanvar , 2016 11:12
Azərbaycan Dövlət Neft Fondu ötən il AÇG və Şahdəniz layihələrindən 7,2 mlrd. dollar qazanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2015-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 7,223 mlrd. ABŞ dolları daxil olub.

"Report"a Fonddan verilən məlumata görə, bu məbləğin 6,9 mlrd. dollar AÇG-dən mənfəət neftinin, 323 mln. dollar "Şahdəniz" yatağından qazın satışından əldə olunub.

Məlumata görə, 2001-ci ildən bu il yanvarın 1-dək AÇG-dən 117 mlrd. dollar, 2007-ci ildən isə "Şahdəniz" yatağından 2,4 mlrd. dollar vəsait əldə olunub.

Vəsaitlərin idarə edilməsindən 2001-ci ildən ötən il dekabrın 31-dək 3,6 mlrd. dollar gəlir əldə edilib.

Son xəbərlər

Orphus sistemi