Yuxarı

Azərbaycan dizel yanacağının istehsalını 7% azaldıb

Müəssisə anbarlarında hazır məhsul ehtiyatının həcmi 64% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr aylarında 1,746 mln. ton həcmində dizel yanacağı istehsal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dizel yanacağının istehsalı 6,7% azalıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Oktyabr ayının 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 81,8 min ton hazır məhsul qalığı toplanıb ki, bu da 2013-cü ilin oktyabr ayının əvvəlinə olan analoji göstərici ilə müqayisədə 64,3% çoxdur. 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2,495 mln. ton dizel yanacağı istehsal olunub, bu da 2012-ci ilin toplam göstəricisindən 5,3% çoxdur. Bütün məhsul Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi