Azərbaycan daha iki ölkəyə sürtkü yağlarının ixracına başlayıb
- 19 oktyabr, 2022
- 05:51
2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan 20,99 milyon ABŞ dolları dəyərində 17 min 587 ton sürtkü yağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 % çoxdur, kəmiyyət olaraq – 13 % azdır.
Türkiyəyə 10,144 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51,3 % çoxdur) 10 min ton (+5,2 %), Ukraynaya 2,464 milyon ABŞ dolları dəyərində (-55,4 %) 1 min 892 ton (-72,7 %), İraqa 2,24 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 1 min 581 ton (+2,7 dəfə), Bosniya və Herseqovinaya 1,476 milyon ABŞ dolları dəyərində 1 min 079 ton, İtaliyaya 812,9 min ABŞ dolları dəyərində 580,6 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinaya və İspaniyaya tədarük həyata keçirilib. İspaniyaya 95,1 min ABŞ dolları dəyərində 60 ton yağ göndərilib.
Hesabat dövründə Azərbaycana 81,888 milyon ABŞ dolları dəyərində (+50,3 %) 40 min 680 ton (+63,8 %) sürtkü yağı idxal edilib.
Türkiyədən 22,833 milyon ABŞ dolları dəyərində (+77,1 %) 8 min 707 ton (+55 %), Rusiyadan 16,944 milyon ABŞ dolları dəyərində (+53,5 %) 13 min 692 ton (+84 %), Almaniyadan 14,111 milyon ABŞ dolları dəyərində (+18 %) 3 min 801 ton (+11,4 %), Türkmənistandan 5,402 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 6 min 577 ton (+15 dəfə), Belçikadan 3,724 milyon ABŞ dolları dəyərində (+2,6 %) 1 min 152 ton (-11 %) məhsul alınıb.