Azərbaycan daha bir ölkədən kömür almağa başlayıb
- 14 sentyabr, 2022
- 05:47
Bu ilin I yarısında Azərbaycan xaricdən 1,852 milyon ABŞ dolları dəyərində 10 min 314 ton kömür (antrasit və bitumlaşmış) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18 % çoxdur, kəmiyyət olaraq – 13,2 % azdır.
Hesabat dövründə Rusiyadan 1,828 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 10 min 285 ton (-13,1 %), Türkiyədən 19,7 min ABŞ dolları dəyərində (+6,7 dəfə) 26,76 ton (+22,5 dəfə), Səudiyyə Ərəbistanından 4 min ABŞ dolları dəyərində 0,27 ton və Çindən 1,29 min ABŞ dolları dəyərində 1,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib.