Azərbaycan bu il qaz ixracını 27% artırıb

Azərbaycan bu il qaz ixracını 27% artırıb Gömrük bəyannamələri əsasında ixrac olunan neftin həcmi 3%, onun dəyəri isə 5% azalıb
Energetika
16 Dekabr , 2014 12:37
Azərbaycan bu il qaz ixracını 27% artırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan gömrük bəyannamələri əsasında 22,219 mln. ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 2,6% azdır. "Report" xəbər verir ki, ixrac edilən xam neftin ümumi dəyəri 17,579 mlrd. ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövründən 5,4% azdır.

Hesabat dövründə ölkədən xaricə gömrük bəyannamələri üzrə 1,885 mln. ton neft məhsulları ixrac edilib, bu da öz növbəsində 2013-cü ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur. Xaricə satılan neft məhsullarının ümumi dəyəri illik müqayisədə 15,4% artaraq 1,267 mlrd. dollara çatıb.

Qeyd edilən dövr ərzində ixrac olunan təbii qazın həcmi ötən ildəkinə nisbətən 44,9% azalaraq 1,531 mlrd. kubmetr olub. Bununla bərabər, qazın qiymətində 60,4% və ya 2,5 dəfə azalma qeydə alınıb.

Cari ilin ilk 11 ayında xaricə satılan elektrik enerjisində də azalma müşahidə edilib. Belə ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycan elektrik enerjisi ixracını 7,2% - 544,599 mln. kVt/saata qədər azaıdıb. Satılan elektrik enerjisinin dəyəri isə bu ilin 11 ayında 17,3% artıb və 28,520 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi