​Azərbaycan bu il 3,6 mlrd. dollarlıq xam neft ixrac edib

​Azərbaycan bu il 3,6 mlrd. dollarlıq xam neft ixrac edib Bu dövrdə ixrac olunan xam neftin miqdarı isə 12,334 mln. ton olub
Energetika
17 Avqust , 2016 10:14
​Azərbaycan bu il 3,6 mlrd. dollarlıq xam neft ixrac edib

Bakı. 17 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan 12 333 679,47 ton həcmində xam neft ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 3 555 732,40 min dollar təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,56%, dəyəri isə 39,36% azalıb. Yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracının 77,47%-ni xam neft təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi ixracı 4 589 792,06 min dollar olub.

Son xəbərlər

Orphus sistemi