Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb. Rodriqo Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda gözlənilən artım, qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpa olunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə, iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.
Energetika naziri
Nazir Pərviz Şahbazov eyni zamanda iki ölkə arasında əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi bərpa olunan enerji sahəsini qeyd edib: “Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni mərhələ başlanıb. Bu sahədə qanun və təşviqedici mexanizmlər hazırlanır. İndi əməkdaşlıq üçün münasib məqamdır və Braziliya şirkətlərini bərpa olunan enerji sahəsində iştiraka dəvət edirik”, - nazir əlavə edib.
Söhbət zamanı ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən digər istiqamətlər üzrə də imkanlar nəzərdən keçirilib.