Azərbaycan Böyük Britaniyaya neft koksu ixrac etməyə başlayıb

Energetika
  • 14 avqust, 2023
  • 05:53
Azərbaycan Böyük Britaniyaya neft koksu ixrac etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 45,45 milyon ABŞ dolları dəyərində 157 min 144 ton neft koksu ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çinə 36,294 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,5 dəfə çoxdur) 118 min 673 ton (+4,7 dəfə), Böyük Britaniyaya 4,595 milyon ABŞ dolları dəyərində 24 min 184 ton, Rusiyaya 3,183 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 10 min 936 ton (+42,5 %) və Qazaxıstana 1,372 milyon ABŞ dolları dəyərində 3 min 348 ton məhsul satıb.

Azərbaycan 11 il 1 ayın tamamında Qazaxıstana tədarükü bərpa edib. Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyaya neft koksu ixrac olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti