Azərbaycan Bakı-Ərzurum kəməri ilə qaz ixracını 40% artırıb

Azərbaycan Bakı-Ərzurum kəməri ilə qaz ixracını 40% artırıb Cari ilin yanvar-oktyabr aylarında Cənubi Qafqaz boru kəməri ilə 5,3 mlrd. kubmetr təbii qaz ixrac olunub
Energetika
18 Noyabr , 2014 10:04
Azərbaycan Bakı-Ərzurum kəməri ilə qaz ixracını 40% artırıb
Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Cənubi Qafqaz boru kəməri (CQBK, Bakı-Tbilisi-Ərzurum) ilə 5,3 mlrd. kubmetr həcmində təbii qaz ixrac olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə CQBK ilə qaz ixracı 39,4% artıb. Oktyabr ayında isə qaz kəməri ilə 600 mln. kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, 2013-cü ildə CQBK ilə qaz ixracı 17,5% artaraq 4,7 mlrd. kubmetrə çatıb. 

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan təbii qaz ixrac eilir. Qaz Gürcüstan və Türkiyəyə ixrac olunur. 

Xatırladaq ki,"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "Statoil" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), "Total" (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi