Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının növbəti sessiyasında iştirak edir

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının növbəti sessiyasında iştirak edir Bakı. 18 sentyabr. REPORT.AZ/ Sentyabrın 17-də Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası başlayıb.
Energetika
18 Sentyabr , 2018 10:03
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının növbəti sessiyasında iştirak edir
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sentyabrın 17-də Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası başlayıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sessiyada nüvə təhlükəsizliyi, radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, fiziki nüvə təhlükəsizliyi, Texniki Əməkdaşlıq Sahəsində Agentliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində DGK sədrinin müavini Cavad Qasımov da iştirak edir.

Sessiya çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə DGK-nın həyata keçirəcəyi "Sərhəd-keçid məntəqələrində radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsinin konsepsiyası, bu sahədə müvafiq təlimlərin keçirilməsi və DGK-nın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq avadanlıqların verilməsi müzakirə olunacaq.

"Bu müzakirələr DGK ilə AEBA arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək", - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi