Azərbaycan “AI-92” markalı benzinin idxalını 20 % azaldıb
- 16 oktyabr, 2024
- 07:54
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 46 min 927,48 ton “AI-92” markalı avtomobil benzini idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 % azdır.
Məlumata görə, bu dövrdə idxal olunan benzinin dəyəri 38 milyon 501,97 min ABŞ dolları (28,9 % az) təşkil edib.
İdxalın strukturunda Azərbaycan Rusiyadan 33 milyon 198,44 min ABŞ dolları (2,8 dəfə çox) dəyərində 41 min 793,38 min ton (2,8 dəfə az) və Bolqarıstandan (2023-cü ilin 8 ayında tədarük edilməyib) 5 milyon 303,53 min ABŞ dolları dəyərində 5 min 134,11 ton benzin alıb.
Hesabat dövründə Azərbaycana tədarük olunan “AI-92” benzinində Rusiyanın payı 82 % təşkil edib.
Azərbaycanda "AI-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.