Yuxarı

​Azərbaycan 6,8 mlrd. dollar məbləğində xam neft ixrac edib

Gömrük bəyannamələri əsasında 16,117 mln. ton neft ixrac olunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələri əsasında 16 mln. 116 min 881.28 ton miqdarında xam neft ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 6 mlrd. 814 mln. 606.27 min dollar təşkil edib. Bu məbləğ isə ötən ilin müvafiq dövründən 54% azdır.

Bu ilin 9 ayında sayğac göstəriciləri əsasında boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 24 mln. 943 min 952.92 ton xam neft ixrac edilib.

Sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 2% az olub.

Bu ilin 9 ayında sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 20 mln. 334 min 832.70 tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.

Hesabat dövründə 3 mln. 174 min 573.20 ton xam neft Bakı-Supsa boru kəməri ilə, 1 mln. 017 min 004.00 ton xam neft Şimal marşrutu ilə (Bakı-Novorossiysk) ixrac olunub.

İlin 9 ayında dəmir yolu nəqliyyatı ilə 417 min 543.02 ton xam neft nəql olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi