Azərbaycan 2 ölkədən antifriz idxalını bərpa edib
- 25 oktyabr, 2023
- 08:17
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 3,85 milyon ABŞ dolları dəyərində 2 min 772 ton antifriz idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41,4 %, kəmiyyət olaraq – 46 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 1 min 212 ton (+67 %), Almaniyadan 776 min ABŞ dolları dəyərində (+45 %) 301 ton (+46 %), Türkiyədən 679 min ABŞ dolları dəyərində (+46 %) 464 ton (+79 %), Belçikadan 350 min ABŞ dolları dəyərində (+15 %) 141 ton (+23 %), Ukraynadan 287 min ABŞ dolları dəyərində (-12 %) 240 ton (-33 %) məhsul alıb.
Azərbaycan 3 il 6 aydan sonra Tayvandan (2,14 min ABŞ dolları dəyərində 0,95 ton) və 3 il 3 aylıq fasilənin ardından Yunanıstandan (0,2 min ABŞ dolları dəyərində 0,1 ton) antifriz tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilən 4 min ton antifrizin 40 %-i Rusiyanın, 20 %-i Türkiyənin payına düşüb.