Azərbaycanda qaz hasilatı 2 mlrd. kubmetrə yaxın artıb

Azərbaycanda qaz hasilatı 2 mlrd. kubmetrə yaxın artıb Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycanda proqnozdan 500 mln. kubmetr çox olmaqla 30,422 mlrd. kubmetr qaz hasil edilib.
Energetika
17 Yanvar , 2019 16:12
Azərbaycanda qaz hasilatı 2 mlrd. kubmetrə yaxın artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycanda proqnozdan 500 mln. kubmetr çox olmaqla 30,422 mlrd. kubmetr qaz hasil edilib.

“Report” bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabata istinadən xəbər verir.

Ötən il ölkədə qaz hasilatının həcmi 2017-ci illə müqayisədə 1 824,1 mln. kubmetr və yaxud 6,4% çoxdur.

Qaz hasilatının 6,547 mlrd. kubmetri SOCAR-ın, 12,506 mlrd. kubmetri Azəri-Çıraq-Günəşlinin (AÇG), 11,369 mlrd. kubmetri “Şahdəniz”in payına düşüb.

Ötən il SOCAR üzrə qaz hasilatının həcmi 2017-ci ildən 457,9 mln. kubmetr və ya 7,5% çoxdur.

2018-ci ildə AÇG-dən qaz hasilatının həcmi isə əvvəlki illə müqayisədə 165,3 mln. kubmetr və yaxud 1,3% artıb. “Şahdəniz” yatağından isə qaz hasilatı göstəricisi 2017-ci ildən 1 200,9 mln. kubmetr və yaxud 11,8% çox olub.

Son xəbərlər

Orphus sistemi