Avropalı ekspert: "2025-ci ilə qədər neft maksimum qiymətə çata bilər"

Avropalı ekspert: "2025-ci ilə qədər neft maksimum qiymətə çata bilər" Yarand Ristad: "Bu il neftin orta qiyməti, təxminən, 70 dollar/barel olacaq"
Energetika
18 Aprel , 2018 16:54
Avropalı ekspert: 2025-ci ilə qədər neft maksimum qiymətə çata bilər
Report

Moskva. 18 aprel. REPORT.AZ/ "Uzunmüddətli perspektivdə neftin yüksək qiyməti yalnız ABŞ üçün faydalıdır".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu "Rystad Energy" Avropa konsaltinq şirkətinin rəhbəri Yarand Ristad Moskvada keçirilən Milli Neft-Qaz Forumunda deyib.

Onun sözlərinə görə, bu il neftin orta qiyməti təxminən 70 dollar/barel olacaq: "Neftin qiyməti artarsa, pul artıqlığı ilə əlaqədar sahəyə yatırılan sərmayələr rekord həddə çatacaq. Belə bir deyim var: "Neftçiyə 1 dollar ver və o, bunu sərmayəyə xərcləyəcək". Artıq indidən aparıcı neft oyunçuları dəniz layihələrinə, ümumilikdə, 200 milyard dollara yaxın vəsait ayırıblar".

Digər tərəfdən, "Rystad Energy" şirkətinin başçısı qeyd edib ki, neftin qiymətinin həddindən çox olması heç də hamını razı salmır, uzunmüddətli perspektivdə isə yalnız ABŞ üçün faydalıdır: "Artıq indi ABŞ ildə 11,4 milyon barel şist neft istehsal edir. Qiymətin 70 dollar/barrel olacağı təqdirdə, şist nefti daha çox hasil ediləcək, çünki ondan daha çox gəlir əldə ediləcək. ABŞ neft hasilatında nizamlı deyil. Rusiya və OPEC hasilatı dayandırmasa, yenə ciddi artıqlıq yaranacaq və bu, qiymətə təsir edəcək".

O, hazırda neft bazarında tsiklik dövrün dörd il olduğunu və hər şeyin olduğu kimi qalacağı təqdirdə, 2025-ci ilədək neftin maksimum rekord qiymətə çata biləcəyini, bunun ardından isə qiymətlərdə uzunmüddətli azalma olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi