Avropada qazın qiyməti 22% enib 

Energetika
  • 09 mart, 2022
  • 13:22
Avropada qazın qiyməti 22% enib 

Avropada qazın qiyməti martın 4-dən sonra ilk dəfə olaraq, min kubmetr üçün 1 900 ABŞ dollarından aşağı düşüb. 

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın aprel fyuçerslərinin qiyməti 1 894,3 ABŞ dolları səviyyəsinə enib.  Bu isə ticarət sessiyasının əvvəli ilə müqayisədə 22% daha aşağıdır. 

Xatırladaq ki, martın 7-də Avropadakı hərraclarda mavi yanacağın qiyməti 79% artaraq ilk dəfə 3900 ABŞ dollarına çatmışdı.

12:35

Avropada keçirilən hərraclar zamanı təbii qazın qiyməti 14 faiz ucuzlaşıb.

“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasında hərrac zamanı regionun ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-dəki aprel fyüçersləri 2096,6 USD/1000 kubmetrdən satılıb.

Xatırladaq ki, martın 7-də Avropadakı hərraclarda mavi yanacağın qiyməti 79 faiz artaraq 3900 dollara çatmışdı. Regionda qazın bahalaşması əsas təchizatçı ölkə olan Rusiyaya Ukraynaya qarşı başladığı müharibəyə görə tətbiq edilən beynəlxalq sanksiyalarla bağlıdır.