Avropada qazın spot qiyməti 1000 kubmetr üçün 480 dolları keçib

Avropada qazın spot qiyməti 1000 kubmetr üçün 480 dolları keçib Avropanın spot bazarında qazın qiyməti 1000 kubmetr üçün 480 dolları keçərək yeni rekord müəyyən edib.
Energetika
127
29 İyul , 2021 12:02
Avropada qazın spot qiyməti 1000 kubmetr üçün 480 dolları keçib

Avropanın spot bazarında qazın qiyməti 1000 kubmetr üçün 480 dolları keçərək yeni rekord müəyyən edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Avropanın ən likvid habı hesab olunan Niderlandın “Title Transfer Facility” (TTF) habında qeydə alınmış qazın tədarük qiyməti 5% artaraq 484 dollara çatıb.

Həftənin əvvəlindən etibarən Avropada qazın qiyməti bahalaşmağa başlayıb. Belə ki, ötən ayın sonlarında 360 dollar civarında olan qiymətlər həftənin əvvəli 433 dollara çatıb.

Son xəbərlər

Orphus sistemi