Avropanın və ABŞ-ın iri neft şirkətlərinin borcları 30% artıb
Energetika
- 30 may, 2016
- 10:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 may. REPORT.AZ/ Şimali Amerika və Avropanın 15 iri neft şirkətinin borcları illik ifadədə 30% artıb. Mart ayının sonuna olan vəziyyətə görə, şirkətlərin birgə xalis borcu son 12 ay ərzində 97 mlrd. dollar artaraq, 383 mlrd. dollar təşkil edib.
Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.
ABŞ-ın "ExxonMobil" şirkətinin xalis borcu mart ayının sonunda 38,3 mlrd. dollara qədər artıb, bir il əvvəl bu göstərici 27,6 mlrd. dollar olub. Böyük Britaniyanın BP şirkətinin borcu isə həmin dövr ərzində 24,6 mlrd. dollardan 30,6 mlrd. dollara qədər artıb.
Şirkətlərin borc öhdəlikləri bu ilin birinci rübündə - neftin qiymətinin 27 dollardan aşağı düşdüyü müddətdə xeyli artıb.
Son xəbərlər
10:43
Ramin Məmmədov: Dini dəyərlər insan ləyaqətinə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir
Din10:38
Azərbaycanın 9 aylıq büdcə göstəriciləri açıqlanıb
Maliyyə10:35
Foto
ADY ən çox sərnişin gedişi və gəlişi qeydə alınmış 5 stansiyasını açıqlayıb
İnfrastruktur10:35
İlham Əliyev: Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi
Xarici siyasət10:34
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi10:31
Foto
Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub
Turizm10:29
Anar Bağırov: Azərbaycanın hüquq sistemi beynəlxalq standartlara uyğun olaraq inkişaf edir
Xarici siyasət10:27
"Bolonya" italiyalı müdafiəçi Matteo Darmianla müqavilə bağlayıb
Futbol10:26