Yuxarı

SOCAR neft məhsullarının ixracını azaldıb

Bu, I Avropa Oyunları ilə əlaqədar daxili tələbatın artması ilə bağlıdır

Bakı. 3 iyun. REPORT.AZ/ Bu ay Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) neft məhsullarının ixracını azaldıb. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "Oyunlar zamanı neft məhsullarına böyük tələbat yaranacaq. Bu tələbatı tam ödəmək üçün neft məhsullarının ixracı azaldılıb və bu həcm daxili tələbatın ödənilməsinə yönəldilib".

R.Abdullayev qeyd edib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin icrasına təsir etməyib: "Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, heç bir neft-qaz layihəsinin icrası dayandırılmayıb".

SOCAR rəhbəri əlavə edib ki, bu layihələrin maliyyələşmə məsələləri əvvəldən həll olunub və bu səbəbdən də hər hansı problem yaranmayıb: "Bütün layihələr qrafikə uyğun olaraq həyata keçirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi