Avropa Komissiyasının vitse-prezidenti: "Xəzər qazının Avropa bazarına çatdırılması reallığa çevrilir"

Avropa Komissiyasının vitse-prezidenti: "Xəzər qazının Avropa bazarına çatdırılması reallığa çevrilir" Maroş Şefçoviç: "Qarşıdakı illərdə Xəzər regionu, Mərkəzi Asiya və Aİ ölkələri əməkdaşlığı genişləndirməyə davam edəcək"
Energetika
30 May , 2017 13:40
Avropa Komissiyasının vitse-prezidenti: Xəzər qazının Avropa bazarına çatdırılması reallığa çevrilir

Bakı. 30 may. REPORT.AZ/ Xəzər qazının Avropa bazarına çatdırılması reallığa çevrilir.

"Report" "Gateway Turkey"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) enerji ittigaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin mayın 30-31-də Aşqabadda təşkil edilən Beynəlxalq Enerji Xartiyası Forumunun iştirakçılarına ünvanlanmış müraciətində deyilir.

"Eyni səbəbdən (2015-ci ilin may ayında) Türkmənistan Aİ, Azərbaycan, Türkiyə, Türkmənistan arasında nazirlər səviyyəsində dördtərəfli görüş təşkil edib. Görüş nəticəsində energetika sahəsində əməkdaşlıq haqqında birgə Aşqabad bəyannaməsi və sazişi imzanıb. Bu bəyannamə Gürcüstanın iştirakı ilə Aİ, Azərbaycan, Türkiyə, Türkmənistanın yeni işçi qrupunun yaradılmasının təməlini qoyub", - M.Şefçoviç bildirib.

Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq sonrakı illərdə də davam edəcək.

"Ölkələr aşağıkarbonlu iqtisadiyyata keçməyə çalışdığından təbii qaz getdikcə daha mühüm rol oynamağa başlayır və bu, Xəzər qazının Avropa bazarına çatdırılmasını reallığa çevrilə bilər", - vitse-prezident vurğulayıb.

O, qarşıdakı illərdə Xəzər regionu, Mərkəzi Asiya və Aİ ölkələrinin qarşılıqlı faydalı əməkdaşlığı, o cümlədən energetika sahəsində, genişləndirməyə davam edəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi