Yuxarı

​Avropa Komissiyası və Rusiya rəsmiləri təbii qazla bağlı görüş keçirəcəklər

Danışıqlar üçtərəfli formatda da davam edə bilər

Bakı. 27 avqust. REPORT.AZ/ Avropa Komissiyası ilə Rusiya arasında təbii qazla bağlı ikitərəfli görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Məlumatda bildirilib ki, görüş bu il sentyabrın 11-də Vyanda olacaq. Brüssel və Moskva rəsmilərinin danışıqlarının nəticələrindən asılı olaraq, müzakirələr üçtərəfli (Avropa Komissiyası, Ukrayna və Rusiya) formatda da davam etdirilə bilər.

Bu gün Avropa Komissiyası sədrinin müavini Maroş Şefçoviç Vyanda Ukraynanın energetika naziri Vladimir Demçişinlə görüşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi