Avropa Komissiyası Azərbaycanla enerji müqavilələrinin bağlanmasını sürətləndirməyə hazırdır

Avropa Komissiyası Azərbaycanla enerji müqavilələrinin bağlanmasını sürətləndirməyə hazırdır Aİ artıq bu il Bakı və Aşqabadla qarşılıqlı anlaşma haqqında memorandumlar imzalamaq niyyətindədir
Energetika
23 Fevral , 2015 11:33
Avropa Komissiyası Azərbaycanla enerji müqavilələrinin bağlanmasını sürətləndirməyə hazırdır

Bakı. 23 fevral. REPORT.AZ/ Avropaya qaz tədarükünün diversifikasiyası məqsədilə Avropa Komissiyası Azərbaycan və Türkmənistanla enerji razılaşmalarının bağlanmasını sürətləndirməyə hazırdır. "Report" "Spiegel Online"a istinadən xəbər verir ki, bu barədə Aİ sənədində qeyd olunub. 

Nəşrin məlumatına görə, özünü Rusiya tərəfindən qaz şantajından qorumaq üçün Aİ artıq bu il Bakı və Aşqabadla qarşılıqlı anlaşma haqqında memorandumlar imzalamaq niyyətindədir. Bunlar Avropanın təbii qazla təchizatının sabitliyinin möhkəmləndirilməsi üzrə paketin bir hissəsi olacaq. 

"Aİ istehsalçı və tranzit ölkələrlə strateji enerji tərəfdaşlığını möhkəmləndirmək üçün bütün xarici siyasət vasitələrindən istifadə edəcək", - Aİ sənədində deyilir.

Digər neft istehsal edən ölkələr sırasında Əlcəzair və Türkiyə, Azərbaycan və Türkmənistan, Yaxın Şərq və bir neçə Afrika ölkələri də nəzərdən keçirilir. Layihə, həmçinin Norveç, ABŞ və Kanada ilə tərəfdaşlığın intensivləşdirilməsini nəzərdə tutur. 

"Spiegel Online"ın məlumatına görə, sənədin yanvarın sonlarında mövcud olan daha əvvəlki variantında enerji sahəsində potensial strateji tərəfdaş kimi İranın da adı çəkilirdi. Hazırkı sənəd layihəsində onun adı siyahıdan çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi