Avropa İttifaqının nümayəndəsi İtaliya hökumətinin TAP-la bağlı bəyanatını şərh edib

Avropa İttifaqının nümayəndəsi İtaliya hökumətinin TAP-la bağlı bəyanatını şərh edib Bakı. 14 iyun. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) üçün Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı hökumətlərarası müqavilə mövcuddur. Əgər müqavilə varsa, o, həyata keçirilməlidir.
Energetika
14 İyun , 2018 14:52
Avropa İttifaqının nümayəndəsi İtaliya hökumətinin TAP-la bağlı bəyanatını şərh edib
Aİ-nın Azərbaycandakı nümayəndəliiyinin rəhbərinin müavini Denis Daniilidis / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) üçün Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı hökumətlərarası müqavilə mövcuddur. Əgər müqavilə varsa, o, həyata keçirilməlidir".

Bunu "Report"a açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis İtaliyanın Ekologiya Nazirliyinin TAP layihəsini yenidən nəzərdən keçirməyin vacibliyi barədə bəyanatını şərh edərkən deyib.

"Əlbəttə, əgər yeni İtaliya hökuməti bu müqavilənin hansısa müddəasını dəyişdirmək istəyirsə, bunun üçün qanuni üsullar var. Bu, olsa, o zaman baxarıq", - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi