Avropa İttifaqı ABŞ-ı İranın SWIFT sisteminə girişdən məhrum etməməyə razı salmağa çalışır

Avropa İttifaqı ABŞ-ı İranın SWIFT sisteminə girişdən məhrum etməməyə razı salmağa çalışır Bakı. 9 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri ABŞ Prezidenti Donald Tramp administrasiyasını İranı SWIFT ödəniş sisteminə girişdən məhrum etməməyə razı salmağa çalışacaq.
Energetika
9 Oktyabr , 2018 15:48
Avropa İttifaqı ABŞ-ı İranın SWIFT sisteminə girişdən məhrum etməməyə razı salmağa çalışır
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri ABŞ Prezidenti Donald Tramp administrasiyasını İranı SWIFT ödəniş sisteminə girişdən məhrum etməməyə razı salmağa çalışacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Qəzetin yazdığına görə, Aİ ölkələrinin nazirləri belə təkliflə bu həftə Bali adasında Beynəlxalq Valyuta Fondunun (BVF) sessiyasında ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ilə görüşlər zamanı çıxış etməyi planlaşdırırlar.

Nəşr qeyd edir ki, bəzi rəsmi şəxslər S.Mnuçinin ABŞ-ın qlobal məlumat mübadiləsi sistemindəki rolunu qorumaq üçün SWIFT-in xeyrinə addım atmağa çalışacağını hesab edir.

Xatırladaq ki, ABŞ bu il 2015-ci ildə imzalanmış İranın nüvə proqramı ilə bağlı sazişdən çıxıb və Tehrana qarşı daha əvvəl dondurulmuş sanksiyaların tətbiq olunacağını bəyan edib. Almaniyanın xarici işlər naziri Hayko Maas Aİ-nin şirkətlərini ABŞ-ın İrana qarşı sanksiyalarından qorumaq üçün SWIFT-in müstəqil analoqunu yaratmalı olduğunu söyləyib.

Rəsmi Tehran isə, öz növbəsində, paralel SWIFT sistemi tətbiq edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi