İran ABŞ sanksiyalarından yayınmaq üçün paralel Swift sistemi tətbiq edə bilər

İran ABŞ sanksiyalarından yayınmaq üçün paralel Swift sistemi tətbiq edə bilər Bakı. 1 oktyabr. REPORT.AZ/ İran ABŞ sanksiyalarından yayınmaq üçün paralel SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Ümumdünya banklararası məlumat ötürülməsi və ödəniş üçün telekomunikasiya sistemi) sisteminin tətbiqini istisna etmir.
Maliyyə
1 Oktyabr , 2018 12:51
İran ABŞ sanksiyalarından yayınmaq üçün paralel Swift sistemi tətbiq edə bilər
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ İran ABŞ sanksiyalarından yayınmaq üçün paralel SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Ümumdünya banklararası məlumat ötürülməsi və ödəniş üçün telekomunikasiya sistemi) sisteminin tətbiqini istisna etmir.

“Report” xəbər verir ki, bunu RİA "Novosti”yə İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

O deyib: “Bizdə olan məlumata görə, avropalılar da SWIFT üzərində işləyirlər. Onlar maraqlanırlar ki, SWIFT İranla bundan sonra da işləyə bilər, yoxsa maliyyə xəbərləri ötürmək üçün paralel sistem yaratmaq lazımdır. Hər halda bu iki variantdan biri gerçəkləşəcək. Biz bunun üzərində çalışırıq”.

Ötən ay Almaniyanın xarici işlər naziri Heiko Maas bildirmişdi ki, Avropa İttifaqı öz şirkətlərinin ABŞ sanksiyalarının təsirindən qorumaq üçün SWIFT sisteminin müstəqil analoqunu yaratmalıdır.

Son xəbərlər

Orphus sistemi