Atsuko Hiroşe: "Azərbaycanın enerji keçidini təmin etmək üçün bütün resursları var"

Atsuko Hiroşe: "Azərbaycanın enerji keçidini təmin etmək üçün bütün resursları var" Azərbaycanın ədalətli enerji keçidini təmin etmək üçün bütün resursları var.
Energetika
6 İyun , 2024 11:30
Atsuko Hiroşe: Azərbaycanın enerji keçidini təmin etmək üçün bütün resursları var

Azərbaycanın ədalətli enerji keçidini təmin etmək üçün bütün resursları var.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Enerji Xartiyasının Baş katibi vəzifəsini icra edən Atsuko Hiroşe bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələyə çox praqmatik yanaşır, ənənəvi qalıq yanacaqlardan bərpa olunan enerji mənbələri sahəsinə keçməklə bağlı potensialını artırmağa çalışır:

“Düşünürəm ki, bu mənada ölkə çox əlverişli vəziyyətdədir və təbii sərvətlərindən düşünülmüş şəkildə tam istifadə edir”.

O, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mühüm tədbir olduğunu qeyd edib:

“Ümid edirik ki, COP29 keçirilənə qədər Enerji Xartiyasına “Paris Sazişi”nin məqsədlərinə uyğunlaşdırılması üçün əlavə dəyişikliklər ediləcək”.

Son xəbərlər

Orphus sistemi