ARDNŞ prezidenti: “2016-cı ildə ilk müasir platforma istifadəyə veriləcək"

ARDNŞ prezidenti: “2016-cı ildə ilk müasir platforma istifadəyə veriləcək" ARDNŞ rəhbəri BP ilə birgə alternativ proqram hazırladıqlarını deyib
Energetika
21 Noyabr , 2014 21:25
ARDNŞ prezidenti: “2016-cı ildə ilk müasir platforma istifadəyə veriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ "2016-cı ildə son model texnologiyalarla təchiz olunmuş ilk müasir platforma istifadəyə veriləcək". “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, Malayziyanın “Petronas”neft-qaz şirkətinin Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələrinin tikintisində iştirakı hələlik müzakirə edilmir: "“Petronas” “Statoil” şirkətinin 15,5% payının alınması ilə bağlı bizim icazəmizdən sonra son danışıqlara başlayıb. Güman ki, tezliklə nəticə əldə ediləcək".

R.Abdullayevin sözlərinə görə, ARDNŞ “Total”la “Abşeron” yatağında karbohidrogenlərin işlənməsi ilə bağlı əməkdaşlıq edir və gələcəkdə hazırlanan qurğuların onların da istifadəsinə verilməsi mümkündür: “Hansı vaxt çatdırılacaqsa, biz onun effektivliyi səviyyəsində baxacağıq. Əgər bu qurğu “Azəri-Çıraq-Günəşli” yatağında daha böyük xeyir verə bilərsə, biz ona yönələcəyik”.

ARDNŞ rəhbəri BP ilə birgə alternativ proqram hazırladıqlarını deyib: "Bu proqram uzunmüddətli və stabil neft istehsalını nəzərdə tutur. Ancaq proqram tam hazır olmadığı üçün bu barədə danışmaq çox tezdir”.

Son xəbərlər

Orphus sistemi