Yuxarı

ARDNF AÇG və “Şahdəniz” layihələrindən 133 mlrd. dollardan çox gəlir əldə edib

Bakı. 19 aprel. REPORT.AZ/ İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 133,057 mlrd. dollar daxil olub.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 2001-ci ildən bu il aprelin 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından Fonda 130,551 mlrd. dollar daxil olub. Bu həcmin 2,065 mlrd. dolları bu ilin əvvəlindən daxil olan vəsaitdir.

2007-ci ildən isə “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda daxil olan məbləğ 2,506 mlrd. dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi