ARDNF AÇG-dən gəlirlərini 12 %-dən çox azaldıb

ARDNF AÇG-dən gəlirlərini 12 %-dən çox azaldıb 2020-ci ilin 5 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlirin həcmi 2 milyard 106 milyon ABŞ dolları təşkil edib
Energetika
2 İyun , 2021 11:41
ARDNF AÇG-dən gəlirlərini 12 %-dən çox azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 850,2 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilir ki, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 255,8 milyon ABŞ dolları və ya 12,14 % azdır.

Xatırladaq ki, 2020-ci ilin 5 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlirin həcmi 2 milyard 106 milyon ABŞ dolları təşkil edib.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi