SOCAR-ın Antipinsk zavodunda investor kimi iştirakı ilə bağlı qısa zamanda qərar veriləcək

SOCAR-ın Antipinsk zavodunda investor kimi iştirakı ilə bağlı qısa zamanda qərar veriləcək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavodunda investor kimi iştirak edib-etməməsi barədə qərar qısa zamanda veriləcək.
Energetika
8 İyun , 2019 12:47
SOCAR-ın Antipinsk zavodunda investor kimi iştirakı ilə bağlı qısa zamanda qərar veriləcək

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavodunda investor kimi iştirak edib-etməməsi barədə qərar qısa zamanda veriləcək".

Bunu Sankt-Peterburqda “Report”un Rusiya bürosuna açıqlamasında SOCAR-ın Rusiyadakı törəməsi “SOCAR Rus”un baş direktoru Fərid Cəfərov bildirib.

O deyib ki, hazırda SOCAR instutsional tərəfdaş kimi iştirak edir, layihənin dəyərləndirilməsi proseduru həyata keçirilir: “Qısa zaman ərzində layihədə iştirak edib-etməmək barədə qərar veriləcək”.

Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın "Sberbank"ı bəyan edib ki, SOCAR yerli törəməsi "SOCAR-Enerqoresurs" şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da “Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir.

SOCAR təsisat ekspertizasını və əməliyyat idarəçiliyini həyata keçirməklə bu layihəni dəstəkləyir.

Məşhur “Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə, Rusiyada özəl müəssisələr arasında 43-cü yeri tutub. Zavod ildə 9 milyon tondan çox emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı "Euro-5" standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi