Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi mövzusunda vebinar keçirilib

Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi mövzusunda vebinar keçirilib ​​​​​​​Energetika Nazirliyi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə nazirlik əməkdaşlarının və Energetika Nazirliyi yanında ictimai şuranın üzvlərinin iştirakı ilə onlayn seminar keçirili
Energetika
8 Dekabr , 2021 14:30
Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi mövzusunda vebinar keçirilib

Energetika Nazirliyi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə nazirlik əməkdaşlarının və İctimai Şurasının üzvlərinin iştirakı ilə onlayn-seminar keçirilib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, onlayn-seminar "Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması", “Maraqların toqquşmasının qarşısının alınması” mövzularında olub.

Təlimçi Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyətə dair təqdimat nümayiş olunub. Korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxs anlayışı, korrupsiya hüquqpozmalarının növləri, korrupsiyanın qarşısının alınması, maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət, qanunsuz əldə edilmiş əmlak, imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsinə dair ətraflı məlumat verilərək, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli, fiziki və ya hüquqi şəxslərin məsuliyyəti nümunələr əsasında izah edilib. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair məlumatlar diqqətə çatdırılıb.

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi