Bakı. 9 noyabr. REPORT.AZ/ “Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ümumdaxili məhsulundan (ÜDM) çoxdur".
"Report" xəbər verir ki, bunu "Petkim"in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən “Dizayn və İnnovasiya Sammiti”ndə (Design&Innovation Summit) çıxışında bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun ərazisi dünyanın bir sıra dövlətlərinin ərazisindən böyükdür:
“Əgər biz “Petkim”i ölkə kimi götürsək, onun ərazisi 12 ölkənin ərazisindən böyükdür. Biz 50-dən artıq məhsul istehsal edirik və 2500-dən artıq müştəri ilə çalışırıq. Gündəlik elektrik istehlakımız 1 mln. ABŞ dolları civarındadır. Hər gün biz 19 min ton su istehlak edirik. Hər il 3 mln. tondan çox neft-kimya məhsulları istehsal edirik və 500 dən artıq gəmi ilə idxal-ixrac əməliyyatları həyata keçiririk”.