Analitik: "Liviya hadisələri "Azeri Light"ın bazardakı əhəmiyyətini artırıb"

Analitik: "Liviya hadisələri "Azeri Light"ın bazardakı əhəmiyyətini artırıb" "Reuters"in redaktoru Qleb Qorodyankin: "Son 5 ildə "Azeri Light"la" Brent" arasındakı qiymət fərqi 2 dollardan çox azalıb"
Energetika
25 Aprel , 2016 12:53
Analitik: Liviya hadisələri Azeri Lightın bazardakı əhəmiyyətini artırıb

Bakı. 25 aprel. REPORT.AZ/ Liviyada baş verən məlum hadisələr "Azeri Light" markalı xam neftin bazardakı əhəmiyyətini artırıb. "Report" xəbər verir ki, bunu SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq konfransında çıxış edən "Platts" jurnalının redaktoru Nik Kolman deyib.

N.Kolmanın sözlərinə görə, "Azeri Light" nefti bir sıra xam neft növlərinə uduzur: "Azeri Light" faktiki olaraq Qərbi Afrikada hasil edilən xam neftin ixrac həcmi artdıqdan sonra rəqabətdə uduzur. "Azeri Light" nefti ilə "Brent" markalı xam neft arasındakı qiymət fərqi də getdikcə azalır".

"Reuters" agentliyinin neft məsələləri üzrə redaktoru Qleb Qorodyankin isə deyib ki, son 5 ildə "Azeri Light"la" Brent" arasındakı qiymət fərqi 2 dollardan çox azalıb.

Son xəbərlər

Orphus sistemi