Yuxarı
    Bağlamaq

    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi işçi axtarır

    İddialı şəxslər 10 gün ərzində tələb olunan sənədləri dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir

    Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) iki vəzifə üzrə 3 nəfərin işə qəbulunu elan edib. "Report"un qurumun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, daxili müsahibədə iştirak etmək istəyənlər müsahibə elan edilən gündən etibarən 10 gün ərzində tələb olunan sənədləri dövlət qulluğu və kadrlar şöbəsinə təqdim etməlidir.

    Məlumata görə, “Dövlət qulluğu haqqında” qanunun 29.3-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq ABOEMDA-nın inzibati vəzifənin 5-ci təsnifatı üzrə hüquq və beynəlxalq əlaqələr şöbəsinin böyük məsləhətçisi, alternativ və bərpa olunan enerji mənbələri və ətraf mühitin qiymətləndirilməsi şöbəsinin böyük məsləhətçisi (2 ştat) və ümumi işlər üzrə sektorun aparıcı məsləhətçisi vəzifələrinin tutulması məqsədilə Dövlət Agentliyində 5-ci təsnifatdan olan inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibə elan edilir.

    Müsahibədə iştirak etmək istəyən şəxslər kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surətini, ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti, əmək kitabçasının surəti, sağlamlıq haqqında arayış və 4x6 ölşüsündə 2 ədəd rəngli fotoşəklini təqdim etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi